Çin ABŞ mallarına rüsum tətbiqini təxirə saldı

Baxış sayı:
2674

Çin hökuməti ABŞ mallarına, o cümlədən avtomobil və avtomobil ehtiyat hissələrinə əlavə rüsumun tətbiq olunmasını müvəqqəti olaraq təxirə salıb. Muxalifet.az xəbər verir ki, bu barədə Çin Gömrük Komitəsi bəyanat verib. “ABŞ-dan idxal olunan bəzi mallara dekabrın 15-nə planlaşdırılan 5% və 10% rüsum tətbiq edilməsi müvəqqəti olaraq təxirə salınır”, - deyə sənəddə bildirilib. Digər ABŞ mallarının da rüsumdan azad edilməsi planlaşdırılır. Qeyd edək ki, cümə günü ABŞ dekabrın 15-nə planlaşdırılan bəzi Çin mallarına 15% rüsum tətbiqini rəsmi olaraq təxirə salıb. Həmin gün Çin və ABŞ ticarət sazişinin birinci mərhələsi üzrə razılaşmaya nail olublar. Muxalifet.az