​Çin ABŞ-la ticarət məsləhətləşmələrindən İMTİNA ETDİ

Baxış sayı:
1210

Çin ABŞ-ın onun istehsalı olan daha 200 mlrd. dollar dəyərində 10%-lik gömrük rüsumu tətbiq etməsinə cavab olaraq bu ölkə ilə ticarət məsləhətləşmələrindən imtina edib.
Xatırladaq ki, Çinin Dövlət Şurasının sədr müavini Liu Xe gələn həftə ABŞ-a rəsmi səfər etməyi planlaşdırırdı. Bundan başqa, Çinin yüksək səviyyəli rəsmi şəxslərindən ibarət nümayəndə heyətinin ABŞ-a göndərilməsinə dair planlar var idi. İndi isə bütün bu planlar təxirə düşüb.
Xatırladaq ki, Çin də ABŞ istehsalı olan 60 mlrd. dollarlıq məhsula gömrük rüsumu tətbiq etməyi planlaşdırır.