Çin ABŞ-la ticarət danışıqlarından imtina etdi

Baxış sayı:
1144

Çin ABŞ-la ticarət danışıqlarından imtina edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-da fəaliyyət göstərən “Vol Strit” qəzeti yayıb. Gələn həftə ABŞ-a səfəri planlaşdırılan Çin baş nazirinin köməkçisi Liu He Vaşinqtona getməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən 200 milyard dollarlıq məhsula yeni gömrük tariflərinin tətbiqinə Çindən cavab gələcəyi təqdirdə rəqəmləri qaldıracağını bildirmişdi. Bundan sonra isə Çin 24 sentyabrdan etibarən 60 milyard dollarlıq ABŞ məhsuluna vergi tətbiq ediləcəyini bəyan edib.