​Çin ABŞ-ı qorxutdu: İqtisadi müharibə...

Baxış sayı:
250

Ticarət müharibəsi həm ABŞ-a, həm də Çinə zərər verəcək. Pekin danışıqlara hazırdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Çin prezident administrasiyasının xarici əlaqələr üzrə komitənin rəhbəri Ya Çzeçi deyib.
“Bu problemlər dialoq və konsultasiya yolu ilə həll edilə bilər. İqtisadi savaş təkcə hər hansı yekun qərarın verilməsi ilə nəticələnməyəcək. Eyni zamanda hər iki tərəfə ciddi zərbə olacaq”, - deyə Çin rəsmisi bildirib.
Qeyd edək ki, iyul ayında Trampın Çinə qarşı müxtəlif istehlak malları ilə bağl rüsumları kəskin artırması qərarı iki ölkə arasında münasibətləri gərginləşdirib.