Çimərliklər yeni mövsümə hazırlaşır - VİDEO

Baxış sayı:
5671

Çimərlik mövsümü rəsmi olaraq başlamasa da, istirahət üçün indidən çimərliklərə gedənlər var. İctimai çimərliklərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Bu isə özəl çimərliklərdə göstərilən xidmətlərin qiymətini aktuallaşdırır. Əməkdaşlarımız həm Bakı, həm də Sumqayıtdakı çimərliklərdə olub və qiymətlərlə maraqlanıblar.

Musavat.com Xezerxeber.az-a istinadən məlumat verir ki, havalar isindikcə özəl çimərliklərdə hazırlıq başlayıb. İstirahət üçün pulsuz olan ictimai çimərliklərə gedənlərlə yanaşı, özəl çimərliklərə üz tutanlar da az deyil. Bunun üçün özəl çimərliklərdə indidən hazırlıq işlərinin görülməsinə başlanılıb. Surxanı rayonu Hövsan çimərliyində çəkiliş zamanı məlum oldu ki, bəzi özəl çimərliklər yaya tam hazır vəziyyətə gətirilib və xidmətə başlayıb. Artıq çimərliyə gəlib çimənlər də var.

Özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini gündəmə gətirir. Bu çimərliklərin bəzilərinə giriş pulsuzdur, yalnız göstərilən xidmət qarşılığında pul alınır. Bəzilərinə isə giriş pulludur. Bu çimərliklərin əksərində bisetka və ya stol, stul dəstindən istifadə 5-10 mənata başa gəlir.

Sumqayıt və Novxanı çimərliklərində də mövsümlə əlaqədər olaraq təmizlik işləri həyata keçirilib.

Sumqayıt və Novxanıda bütün çimərliklərə giriş pulsuzdur.

Çimərliklərdə 2 nəfər üçün yemək təxminən 20 manatdan baha başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: