Çimərlikdə DƏHŞƏTLİ HADİSƏ: qaya parçası düşdü, 3 ölü, 1 yaralı

Baxış sayı:
2971

ABŞ-ın Kaliforniya ştatında çimərlikdə qaya parçasının düşməsi nəticəsində azı 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər yerindəcə ölüb, iki nəfər isə xəstəxanada həyatını itirib. Daha bir nəfər yüngül xəsarətlər alıb.

Hazırda San Dieqo şəhəri yaxınlığında yerləşən çimərlik bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.