​Çılpaq videosu YAYILAN QIZ: "Namusu ətək altında qoruyan..."

Baxış sayı:
22090

Bir neçə gün bundan əvvəl çılpaq videosu ilə müzakirə olunan 3 xanımdan biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Şəxsi Instagram hesabında status yazan qız qadın olmağın çətinliklərini bildirib. Muxalifet.az milli.az-a istinadən onun statusunu olduğu kimi təqdim edir: ''Günahdır Qadın olmaq" Çünki hər kəsin sahib olmaq istədiyi bədənin var. Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var... Adam kimi adam deyər hamı, amma qadın kimi qadın deyən olmaz, məsələn... əladı, "bomba"dı deyərlər tanımadan, bilmədən. Soyuq olmalıdır hər zaman qadın, hisiyyatsız görünməlidir, hər zaman baxımlı olmalıdır, amma diqqət çəksə, qəbahətdir... Hər kəsin yanında yerini bilməlidir. Sevsə, pis baxarlar, gülsə, pis baxarlar, əldə edə bilsələr, adi biri olarsan, əldə edə bilmədiklərində dedi-qodu mövzuları olarsan, qaralamağa başlayarlar... Susarsan, cahildir deyərlər, susmasan, dili uzun, həyasız deyərlər. Kişi olmaq müsbət, qadın olmaq mənfidir. Qadın hər zaman 1-0 geridədir... Bir şey bilməz, başı heç nədən çıxmaz... döyülməlidir ki, sözdən çıxmasın, qadın... Halbuki kişilərdir qadınları susmağa məcbur edən, danışmaq istədiklərində ağızlarının üstünə şillə vuran... kişilərdir namusu ətək altında qoruyan, ətək boyu ilə ölçən. Kişilərdir bir mələyi şeytana çevirən... Qadını itirmək istəməz və onu ikinci planda tutar və digər qadına çata bilməsə, əlinin altındaki ilə idarə edər... Qadın qarışıq kimi görünər, amma istədiyi üç şey var: Sevgi Sədaqət Ailə..."