Çilidəki etirazlar zamanı xəsarət alanların sayı 500 nəfəri ötüb

Baxış sayı:
131

Çilinin paytaxtı Santyaqonun mərkəzində son sutka ərzində keçirilən və iğtişaşla yekunlaşan etiraz aksiyasının gedişatında 200-dən çox şəxs tibbi yardım məqsədilə xəstəxanalara müraciət edib.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu məlumatları ölkənin səhiyyə naziri Hayme Manyaliç verib.

Bundan əvvəl Santiaqo və Valparaisoda keçirilən etirazlar zamanı 314 nəfərin xəsarət alması haqqında məlumat yayılmışdı.

“Son 24 saat ərzində 208 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 32 nəfər paytaxt ərazisindəki xəstəxanalardadır, onlardan 10-nun vəziyyəti ağırdır”.

Nazir, eyni zamanda jurnalistlərə Kolumbiya vətəndaşının güllə yarasından öldüyü barədə də məlumat verib. 

Onun ölümünün səbəbləri müəyyənləşdirilir.