​Çilidə Roma Papasının səfərinə etirazlar səngimir - 3 KİLSƏ YANDIRILDI

Baxış sayı:
436

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir.
Muxalifət.az xəbər verir ki, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.
Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.
Qeyd edək ki, Roma Papasının Cənubi Amerikaya səfəri yanvarın 15-dən başlayıb.
Bu gün Papa I Fransisk Temuko şəhərində hindu icması ilə görüşəcək.