CİA-nın keçmiş casusu MEDİANIN TRAMP DÜŞMƏNÇİLİYİNİN SİRRİNİ AÇDI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Con Kiriaki Amerika mediasının prezident Donald Trampın “Rusiya ilə əlaqələri” mövzusunu bağlamayacağını açıqlayıb.
 
C.Kirikai kəşfiyyatın Rusiyanın seçkilərə müdaxiləsinə dair heç bir sübutunun olmadığını, lakin medianın bu iddianı davam etdirdiyini vurğulayıb.
“Amerika KİV-nin çirkli sirri odur ki, burada hədəf maliyyədir. Çünki telekanallar və digər media orqanlarının reklam almasının yeganə yolu partlayıcı xəbərlər yayaraq, reytinqlərini qaldırmaqdır. Buna görə də həqiqət tez-tez bir kənara qoyulur”, - deyə o bildirib.