CHP sədrindən “Xaos” təhdidi

Baxış sayı:
8296

 Türkiyədə CHP sədri Kamal Kılıçdaroğlu seçkidən sonra verdiyi bəyanatlarla təhdid dilini davam etdirərək “Ali Seçki Komissiyası verəcəyi bir qərarla ya Türkiyəni aydınlığa çıxaracaqdır, ya da Türkiyəni xaosa sürükləyəcəkdir” deyib.
 
31 mart bələdiyyə seçkilərində sənədlərlə sübut olunan qanunsuzluq və saxtakarlıq nəticəsində başlayan məhkəmə prosesi davam edərkən, CHP təhdidlərinin ardı arxası kəsilmir.
Heç bir hüquqi əsası olmadan prosesin dayandırılmasını “Türkiyə və İstanbulun xeyrinə olacaq” təhdidi ilə dilə gətirən Kılıçdaroğlu, təhdidin dozasını artırıb.
Müxalifət.az