CHP sədrindən Əsədlə bağlı skandal açıqlama

Baxış sayı:
5450

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu iqtidarın Suriya ilə bağlı siyasətini tənqid edib. Axar.az xəbər verir ki, partiya lideri Türkiyənin Suriyaya müdaxiləsi nəticəsində YPG və PKK kimi problemlərin ortaya çıxdığını bildirib: “YPG-PKK bəlası var, deyirlər. Bəs, bu bəlanı yaradan sən deyilsən? Suriyada nə işin var? "Problemi həll et" deyirik, "Suriyanın ərazi bütövlüyü" deyir. Harada axtarırsan ərazi bütövlüyünü? Ya Rusiyada, ya da ABŞ-da... Bəşər Əsəd hakimiyyəti hələ də oradadır”, - deyə CHP sədri bildirib.