“CHP qalib gələrsə, İmralıda Abdullah Öcalanın yolu açılacaq” – HDP həmsədri

Baxış sayı:
427

CHP-nin PKK-nın siyasi qolu olan HDP ilə gizli ittifaqını CHP sədri Kılıçdaroğlu rədd edir. Buna baxmayaraq 23 iyunda CHP namizədi İmamoğlu üçün səs verməyə çağıran HDP həmsədri Sezai Temelli, CHP-yə verilən səslərin terrorçubaşı Öcalanın azadlıq yolunu açacağını söyləyib.
 
Temelli CHP-yə verdikləri dəstəklə bağlı bu sözləri deyib:
“23 iyun yalnız bir bələdiyyə seçkiləri deyil, demokratiya referandumudur. O demokratiya referandumunda Türkiyə xalqları siyasi müxalifətlə bütün səmimiyyəti ilə mütləq birləşməlidir. Bunun baş verdiyi təqdirdə, bələdiyyə başçılığı və parlament üzvlüyü qazanılacaq. Amma bunlardan başqa Türkiyənin demokratiya yolu açılacaq, sülh yolu açılacaq, İmralıda Abdullah Öcalanın yolu açılacaq”.
Müxalifət.az