​CHP-nin namizədi kim olacaq? - MUHARREM İNCƏNİN ADI ÇƏKİLİR

Baxış sayı:
4264

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca parityalar arasında müxtəlif namizdlərin adları önə çıxır.
 
CHP və İYİ partiya parlamentdə tək blokda getmələrinə rəğmən prezidentliyə vahid namizədlik məsələsində hələ ki razılığa gələ bilməyiblər.
Adı CHP-nin prezidentliyə namizədlər sırasında hallanan İlhan Kəsici isə bu gün gözlənilməz açıqlama verərək Yalova millətvəkili Muharrem İncənin isminin önə çıxdığını bəyan edib.
Musavat.com Türkiyənin “Habertürk” qəzetinə istinadən xəbər verir ki, İlhan Kəsici bu münasibətlə hətta Muharrəm İncəni arayaraq təbrik etdiyini söyləyib.
“Habertürk” qəzetinin yazarı Muharrem Sarıkaya isə CHP içində Muharrem İncənin namizədliyi ilə bağlı tərəddüdlərin qaldığını bildirib.
O, bu barədə hətta CHP sədri Kamal Kılıçdaroğlunun da fikrini aldığını qeyd edib. Kılıçdaroğlu ona “Kimsəyə namizədlik barədə heç bir söz söyləməmişəm. Yalnız mənə ən yaxın 1-2 isim bununla əlaqədar təffərrüatı bilirlər. Namizədimizi sabah açıqlayacağam” sözlərini deyib.
Yalova millət vəkili Muharrəm İncə isə özünü CHP-nin namizədi olacağı barədə iddialarla bağlı olaraq jurnalistlərə sabah saat 10:00-a qədər gözləməyi məsləhət görüb.
Bundan başqa, Muharrem İncə prezidentlik yarışında daha çox iştirakçının olmasına tərəfdar olduğunu və buna görə də təkbaşına namizədliyini irəli sürənlərə CHP-lilərin də yardım etməsi gərəkdiyini vurğulayıb.
İxtisasca fizik olan Muharrem İncə Türkiyənin indiki prezidenti Rəcəp Tayyip Ərdoğanın ən sərt tənqidçilərindən sayılır. Muharrem İncə 2014-cü ilin sentyabrında keçirilən paritya qurultayında Kamal Kılıcdaroğlunu rəqibi olub. O, məğlub olsa da 405 qurultay nümayəndəsinin dəstəyini qazanaraq partiya içində nüfuzunu möhkəmləndimişdi.