CHP-nin İstanbul üzrə rəhbəri həbs edildi

Baxış sayı:
313

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə rəhbəri Canan Kaftancıoğlu 9 il 8 ay müddətinə həbs edilib.
Yeniavaz.com Sozcu-yə istinadən xəbər verir ki, haqqında verilən qərarı dəyərləndirən C. Kaftacıoğlu bunları deyib: “Qərarlar saray otaqlarında alınır. Bu cəza İstanbulu, İstanbul əhalisinə qazandıranları cəzalandırma davasıydı. Bu qərar İstanbul əhalisini cəzalandırmaqdır. Basqılar bitənə kimi susmayacağıq”.
Qeyd edək ki, C.Kaftancıoğlu 2012-2017-ci illər ərzində sosial media hesabından etdiyi bəzi paylaşımlara görə mühakimə olunur.