CHP-li deputat müdafiə nazirini əsəbiləşdirdi

Baxış sayı:
4201

CHP Qrup Başqan vəkili Özgür Özəl-in Türkiyənin müdafiə naziri Hulusi Akar-a yönəlik tənqidləri Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində təzyiqi qaldırıb. Müdafiə naziri Hulusi Akar, "Yoldaşlarını ziyarət etməyən alçaqdır. Hasdaldan çıxmamışam. Dostlarımın həyatını asanlaşdırmaq üçün hər cür risqi aldım" deyib. 15 iyul çevriliş təşəbbüsü barədə də danışan nazir Akar, "Saat 20.30 radələrində içəri o alçaqlar girdilər və başıma tapança dayadılar, “Bizə rəhbərlik edəcəksən” dedilər və mən bunu rədd etdim. İçinizdə yatağa uzandığınız zaman düşünün, başınızda tapança varkən, “yox” deyə biləcək neçə adamınız var? Sınamadan danışmayın" deyərək CHP deputatını susdurub.
Müxalifət.az