​CHP deputatı PKK-çıya “şəhid” dedi, ÖLKƏ QARIŞDI

Baxış sayı:
3250

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Şenal Sarıxanın növbəti çıxışı Türkiyə ictimaiyyətini yerindən oynadıb.
Muxalifət.az xəbər verir ki, Sarıxan CHP-nin qadın qrupunun toplantısında çıxışı zamanı Afrində gedən döyüşlərə münasibət bildirib.
“Övladlarımız gerçək olmayan iddialarla bir-bir şəhid edilir”, - deyən Sarıhan PKK terrorçularını “övlad”, cəsədlərini isə “şəhid” adlandırıb.
Onun bu əsassız fikirləri birmənalı qarşılanmayıb. Belə ki, Türkiyə sərhədində mövqe tutan PKK terrorçuları dəfələrlə mülki vətəndaşları hədəfə alan hücumlar həyata keçirib və keçirməkdə davam edir.