​“Cəhənnəm alovu” sərhədə göndərildi: düşmən bir həftəyə MƏHV EDİLƏCƏK

Baxış sayı:
2793

PKK/PYD terrorçularının əlindəki Afrin bölgəsində əməliyyata hazırlanan Türkiyə Suriya sərhədinə yeni ordu birlikləri göndərib.
Dünən gecə İraq sərhədindən yola çıxan 40 zirehli avtomobildən ibarət hərbi karvan bu gün səhər saatlarında Suriya sərhədindəki birliklərə qoşulub. Suriya sərhədinə göndərilən birliyin tərkibində tanklar da var.
Suriya sərhədində “cəhənnəm alovu” adlandırılan tanklar və raketlər, eləcə də çoxsaylı canlı qüvvə toplanıb. Əməliyyatın bir həftə ərzində başlayacağı gözlənilir./publika/