“Chevrolet” Yuxarı Şirvan kanalına düşüb

 Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.
 
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:23-də başa çatıb.