CƏFƏR CƏFƏROV ŞƏHİD BACISINDAN TƏHSİL HAQQI TƏLƏB EDİR… - ADPU-nun rektoru haqda şok iddialar: “Əli Həsənovun göstərişi ilə…”

Baxış sayı:
2200

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovla bağlı mətbuatda şok informasiyalar yayılmaqdadır. Qeyd edək ki, C.Cəfər prezidentin keçmiş köməkçisi Əli Həsənovun yaxın kadrlarından hesab olunur. Əli Həsənovun ölkədə “at oynatdığı” illərdə rektorun bir çox qanunsuz əməllərinin onun, eləcə də ötən ilədək təhzil nazirinin müavini vəzifəsində çalışan baldızı Məhəbbət Vəliyeva tərəfindən ört-basdır edildiyi haqda iddialar var. Məsələn, mətbuatda rektorun 15 milyon manat yeyintiyə yol verməsinə rəğmən, hələ də vəzifədə qalmasının məhz Ə.Həsənov və baldızı M.Vəliyevanın sayəsində mümkün olduğu bildirilir.

Doğrudur, C.Cəfərovun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də qohumluq əlaqəsi olduğu haqda məlumatlar var. İddia olunur ki, Ramiz Mehdiyevin qardaşı nəvəsi Ümid Mehdiyevin ali məktəbi bitirər-bitirməz ADPU-nun Maliyyə məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunması da məhz bu qohumluq və dönəmin PA rəhbərinin rektora himayədarlığı nəticəsində baş verib. Məlumata görə, sözügedən 15 milyon manatlıq yeyinti faktı aşkarlanan zaman C.Cəfərovun Ü.Mehdiyevi “günah keçisi” kimi vəzifədən çıxarması, bir müddət sonra izə özünə müşavir təyin etməsi heç də təsadüf deyil. Çünki normal vəziyyətdə nəinki 15 milyon, hətta 15 min manatlıq yeyintiyə yol verən adam və bu işdə onunla əlbir olan digər vəzifəli şəxslər indi həbsxanada cəza çəkməliydilər. Amma bu gün Ümid Mehdiyev hələ də müşavir vəzifəsində, özü də əvvəlki prorektor kabinetində oturursa, Cəfər Cəfərov da ADPU-nun rektoru kimi fəaliyyətini davam etdirirsə, deməli, rektorun daxil olduğu Rusiyameylli şəbəkə hələ də hakimiyyətdə söz sahibidir. Yeri gəlmişkən, əks halda Cəfər Cəfərov vəzifədən çox pis şəkildə uzaqlaşdırılan Əli Həsənovun Prezident Administrasiyasından qovulan kadrlarına da ADPU-da iş verməzdi.

Bütün bunlar öz yerində. Yuxarıda qeyd etdiyimiz kimi, son vaxtlar rektor C.Cəfərovun adı bir sıra xoşagəlməz olaylarda da hallanır. Məsələn, yenicağ.az saytı onu şəhid ailəsinə hörmətsizlikdə ittiham edir. Sayt yazır:

"Şəhidin bacısından qeyri-qanuni illik ödəniş tələb olunur"

“Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bir sıra kateqoriyalara aid tələbələr təsdiqedici sənədlər təqdim etdikləri halda, onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Həmin kateqoriyalara daxil olanlardan biri də şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələrdir. Qanuna əsasən, şəhidin ailə üzvü subaydırsa və tələbədirsə, bu halda təhsilhaqqı ödənişindən azaddır. Lakin Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov şəhid bacısından yeni dərs ilinin təhsil haqqını tələb edir.

Yenicag.az-a daxil olan şikayətdə bildirilib ki, şəhid ailələrinin üzvləri üçün güzəştin tətbiq edilməsinə rəğmən, Pedaqoji Universitetin rəhbərliyi bu qanunu görməzdən gəlib. Nəticədə qardaşı şəhid olan IV kurs tələbəsindən illik təhsil haqqı ödənişi tələb edilir.

Universitet rəhbərliyi tərəfindən sıxışdırılacağından narahat olaraq adının qeyd olunmasını istəməyən tələbə qız bildirib ki, ödənişin tələb edilməsi digər tələbələrə də şamil olunub və bu, narazılıq yaradıb: “Müharibə bitdikdən sonra illik və yarım illik ödənişlər şəhid övladlarına, ailə üzvlərinə geri qaytarılmışdı. Lakin Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov yeni dərs ilinin illiyini tələb edir, bununla kifayətlənməyərək şəhid ailələrinə qaytardıqları yarım illikləri də geri istəyir. Bilmək istəyirik ki, niyə evə təkcə qardaşı çörək gətirən bir bacıdan qaytarılan 600 manat qanunsuz şəkildə geri istənilir?!”.

Tələbənin yaxını saytımıza açıqlamasında qeyd edib ki, tələbənin ailəsi tərəfindən ödənilən təhsil haqqının yarımilliyi sonradan geri tələb olunub. Ailənin sosial vəziyyəti isə heç də ürəkaçan deyil: “Tələbənin qardaşı ötən il İkinci Qarabağ Savaşında döyüş zamanı şəhid olub. Bundan sonra Pedaqoji Universitet rəhbərliyi tələbənin ödədiyi yarımillik təhsil haqqı olan 600 manatı ailəyə geri qaytarmışdılar. Tələbənin atasının əmək qabiliyyəti yoxdur və ürək xəstəsidir. Oğlu şəhid olandan sonra iş qabiliyyətini tamamilə itirdi. Ailədə işləyən yeganə şəxs şəhidin özü olub. Bir neçə gün öncə universitet rəhbərliyi tərəfindən şəhid bacısına geri qaytarılmış 600 manatın geri qaytarılması istənilib. Halbuki həmin 600 manatı o vaxtı tələbənin anası borc tapıb ödəmişdi. Ümumilikdə 4 il ərzində tələbənin illik təhsil haqqının ödənməsi üçün ailə evin əşyalarını, qızılları satıb və müəyyən məbləğdə borc da alıb. Universitet bu vəziyyəti yaxşı bilir. Hazırda rəhbərlik 600 manatla yanaşı, növbəti ilin təhsil haqqını da tələb edir. Ailə növbəti ilin təhsil haqqını ödəməyə etiraz etmir. Borc olsa da, tapıb ödəcəyini bildirib. Ancaq 600 manatın geri istənilməsi böyük biabırçılıqdır. Tələbə bu məsələ ilə bağlı hüquqşünasla görüşüb. O, bildirib ki, əlavə beş tələbə də rektora şikayət edib və gözlənilən cavabı ala biıməyib. Onu da qeyd edim ki, ailə hazırda kirayədə yaşayır”.

Məsələ ilə bağlı Pedaqoji Universitetlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı. Bütün hallarda qeyd olunan qanunsuzluğun səbəbi ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”.

Əli Həsənovun tapşırığı ilə pandemiya dövründə qəzetlərə 40 min manat pul ayırıb…

Qeyd edək ki, dünən gundemxeber.az saytı da ADPU rektorunun qanunsuz əməllərindən bəhs edib. Müəllif öz yazısına şəhid bacısından təhsil haqqı tələb olunması haqda xəbərlərlə başlayır:

“Sözün düzü, mediada  Azərbaycan Dövlət Pedoqoji Universitetin ( ADPU ) rektoru Cəfər Cəfərov barədə hər cürə neqativ, tənqidi yazıya rast gəlmişdik. Amma…

Amma Cəfər Cəfərovun şəhid əsgərimizn IV kurs tələbəsi olan bacısından məcburən illik təhsil haqqını tələb etməsi bizi sarsıtdı.

Axı, ölkə başçısı da dəfələrlə qeyd edib ki, şəhidlərin ailə üzvləri  bizə əmanətdir, cənab Cəfər Cəfərov.

Həm də 2-ci Qarabağ müharibəsində şəhid olan əsgərimiz kasıb ailənin üzvü olub, ailənin yeganə çörək gətirəni olub. Ailə kirayədə  yaşayır. Tələbə qızın atası xəstədir, əmək qabiliyyəti yoxdur.

Görəsən, rektor Cəfər Cəfərov bütün bunları başa düşmür?

Görəsən, Cəfər Cəfərova  tələbə yoldaşı, Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığı pullar azlıq edir ?

Məlumat üçün qeyd edək ki, Cəfər Cəfərovla Əli Həsənov tələbə yoldaşıdır. Ən biabırçı hal odur ki, Cəfər Cəfərov pul qarşılığında Əli Həsənov üçün elmi məqalələr yazır. Hətta Əli Həsənovun elmi işlərini də Cəfər Cəfərovun yazdığını deyirlər. 

Məlumdur ki, Cəfər Cəfərov xeyli müddət Turizm Universitetinin rektoru olub. Onun rektor təyin olunmasında Əli Həsənovun xidməti danılmazdır. Adama deyərlər tarix müəllimi hara, turizm hara?

Sonra da Cəfər Cəfərov Allah qoymasa ADPU-ya rektor təyin olundu. Əli Həsənov PA-dan çıxarılanda onun köməkçiləri, əməkdaşları da vəzifələrindən qovuldular. Amma bir neçə gün sonra Cəfər Cəfərov həmin şəxsləri Əlinin göstərişi ilə ADPU-ya işə götürdü.

PA-dan qovurlar, ADPU-da vəzifəyə götürülürlər.

İndi gördünüzmü Əlinin və Cəfərin əməllərini.

Onsuz da Cəfər Cəfərovun əməllərindən ADPU-nun kollektivi boğaza yığılıb, onun barəsində nə qədər şikayətlər olar.

Cəfər Cəfərovun avtobioqrafiyasında qeyd olunub ki, bir vaxtlar  yoxsulluğun azaldılması üzrə milli kordinator olub.

Gundemxeber.Az gundelik-baku.com-a istinadən bildirir ki, Cəfər Cəfərov ADPU-ya rektor təyin olunan kimi yoxsulluğun daşını atmaq və bir neçə ildə milyonçuya çevrilmək barədə düşündü.

Və rektor təyin olunan kimi nə qədər savadsız qohum-əqrəbası vardısa, hamısını doldurdu ADPU-ya.

Daha doğrusu, əvvəlcə ADPU-da çalışan savadlı, təcrübəli kadrları uzaqlaşdırdı.

Təsəvvür edirsiniz, ADPU-nun tanınmış professoru fizika fakültəsinin dekanı vəzifəsindən azad edilir  və yerinə bir gün də dərs deməyən laborant Arzu Daşdəmirov təyin olunur.

Arzu Daşdəmirov kim olsa yaxşıdır? Cəfər Cəfərovun arvadının əmisi oğlu.

Cəfər Cəfərov sonra bibisinin nəvəsi Çinar Qaybalıyevi təsərrüfat üzrə məsul vəzifəyə qoyur.

Allah qoymasa, o biri bibisinin nəvəsi  25 yaşlı  Ümid Mehdiyevi  maliyyə işləri üzrə prorektor təyin edir.

Bəli, 25 yaşlı prorektor o qədər barıtı çox eləyir, külli miqdarda yeyintiyə yol verir ki, aləm qarışır bir-birinə.

Və Cəfər Cəfərov onun yerini dəyişir və özünə müşavir təyin edir.

Cəfər Cəfərov Ədliyyə Nazirliyindən qovulan Aydın Kərimovu ADPU-ya hüquqşünas qoyur.

ADPU-nin müəllimləri deyir ki, Cəfər Cəfərov peşəkar yalançıdır.

Eyy Cəfər Cəfərov, bundan artıq insana nə söz deyərlər?

Hələ bu harasıdır?

Məlumdur ki, koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri fəalliyyət göstərməyib, müəllimlər dərsə getməyib. Amma…

Amma Cəfər Cəfərov “Azərbətbuatyayım ASC”-yə (Əli Həsənova bağlı olan yayım firmasına – red.) mətbuata abunə xidməti üçün 40 min manata yaxın pul ödəyib.

Görəsən, o qəzet və jurnalları kimlər oxuyub, ay Cəfər? Axı, ADPU-da adam olmayıb.

Bəli, Cəfər Cəfərov  o pulları  dostu Əlinin tapşırığı ilə köçürüb.

Ay Cəfər, o pullar sənin dədənin deyil e, tələbələrin təhsil haqqıdır. Bir şəhid bacısının 600 manat təhsil haqqını tələb edirsən, amma  40 min manatı çölə atırsan.

Cəfər Cəfərovun imtahanları biznesə çevirməsi və bu işdə köməkçisi  Riyad Rüstəmlini qabağa verməsi isə başqa bir yazının mövzusudur”.

Muxalifet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.