​"Ceyşul İslam"ın iki nömrəli komandiri öldürüldü

Baxış sayı:
1117

Suriyanın İdlib şəhərində "Ceyşul İslam" qruplaşmasının iki nömrəli şəxsi sayılan Əbu İsmayıl Cubaşa sui-qəsd təşkil edilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.
Bu gün səhər saatlarında təşkil edilən sui-qəsddə Əbu İsmayıl oğlu ilə birlikdə öldürülüb.
Qeyd edək ki, İdlibdə son 2 ayda 95 cihadçı komadir sui-qəsd nəticəsində öldürülüb.