Çevrilişçi general Hafterə böyük şok! - SİLAHLI DÖYÜŞÇÜLƏRİ TƏSLİM OLDU

Baxış sayı:
11791

Liviyada çevrilişçi general Hafterə bağlı 25 nəfərdən ibarət silahlı qrup, nəqliyyat vasitələrilə ilə bilrikdə Milli Razılıq Hökumətinə (UMH) sadiq qüvvələrə təslim olub.
 
UMH-nin həyata keçirdiyi "Burka-yın əl-qəzab" (Qəzəb Vulkanı) əməliyyatına aid sosial media hesabından "Tripolinin cənubunda yerləşən Asvani bölgəsində Hafterə bağlı 25 nəfərdən ibarət silahlı dəstə 10 hərbi maşın və avadanlıqları ilə birgə qüvvələrimizə təslim oldu" deyə bəyan olunub.
Hafter güclərindən məsələyə dair hələ ki, açıqlama verilməyib.
Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum əmri vermiş, bundan sonra UMH hərbi birlikləri də "Burka-yın əl-qəzab" əməliyyatını başlamışdı.
Dünya Səhiyyə Təşkilatı (WHO) Liviyada 10 gündür davam edən toqquşmalarda ölü sayının 121, yaralıların da 561-ə yüksəldiyini açıqlayıb.
Legitimlik böhranının 2011-ci ildən bu yana davam etdiyi Liviyada beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Anlaşma Hökumətinin qoşunları ilə Hafterə sadiq qüvvələr arasında qarşıdurmalar baş verir.

Müxalifət.az