​"Çernobıl"ın yayımından sonra bu dərmana tələbat artdı

Baxış sayı:
6670

NBO şirkətinin çəkdiyi “Çernobıl” serialı Norveçdə yod tabletkalarının satışının ikiqat artmasına səbəb olub.
Muxalufet.az xəbər verir ki, bu barədə Norveç Əczaçılıq Birliyi məlumat yayıb. “Çenobıl” serialının yayımlanmasından sonra son 5 həftə ərzində “Yodiks"preparatlarına tələbatın çoxaldığı qeyd edilib.
Norveç Nüvə Təhlükəsizliyi və Radiasiyadan Qorunma İdarəsinin əməkdaşı Astrid Liland “Yodiks” preparatına tələbatın artmasını müsbət qiymətləndirib:
“Serial bizə işlərin tərs gedə biləcəyini xatırladır. Bənzər qəzaların yaşanması ehtimalı aşağı olsa da, insanlar hazırlıqlı olmalıdır”.
Qeyd edək ki, 7 mayda izləyicilərə təqdim olunan ABŞ istehsalı “Çenobıl” serialı 1986-cı ildə Ukraynanın Çernobıl bölgəsində yerləşən AES-dəki partlayışdan bəhs edir.