"Çernobıl" serialının müəllifindən faciə məkanında selfie çəkdirənlərə XƏBƏRDARLIQ

Baxış sayı:
8566

Çernobıla səyahət edən turistlər diqqətli olmalıdırlar, şəhərdə baş vermiş nüvə fəlakəti haqqında filmin müəllifi xəbərdarlıq edib. Ukraynada 1986-cı ildə baş vermiş dünyanın ən dəhşətli nüvə fəlakətlərindən birinin baş verdiyi şəhərə baş çəkən turistlərdən bəziləri xarabalıqlar arasında gülərək çəkdirdikləri şəkillərini paylaşırlar. Bir nəfər isə hətta yarıçılpaq şəklini paylaşıb. Fəlakət barədə məşhur filmin müəllifi Craig Mazin deyib ki, insanların bura "axını çox yaxşı haldır". Lakin o insanları "burada baş vermiş dəhşətli faciə" barədə də xəbərdar edib. seregastrange tərəfindən edilən nömrəli Instagram paylaşımını ötürün Faciədən zərər çəkmiş insanların təxmini sayı barədə müxtəlif fikirlər mövcuddur. Çernobıl Forumunun bildirdiyinə görə, radiasiyadan 50 nəfər həlak olub, lakin fəlakət nəticəsində yaranmış xəstəliklərdən tədricən 9000 ölüm halının ola biləcəyi də ehtimal edilir. "Bütün zərər çəkmiş və həlak olmuş insanlara qarşı hörmətlə davranın", Craig Twitter-də yazıb. Çernobıl və Pripyat şəhərləri ətrafında qadağan edilmiş zonaya turist səfərləri təşkil edən bir çox şirkətlər fəaliyyət göstərir. @komacore tərəfindən edilən nömrəli Twitter paylaşımını ötürün Bruno Zupan‏ @komacore ЧитатьЧитать @komacore Еще Meanwhile in Chernobyl: Instagram influencers flocking to the site of the disaster. 05:04 - 9 июн. 2019 г. Çernobılda işləyən fəhlələr və ailələri üçün salınmış Pripyat şəhərinin faciədən öncə 60 000 əhalisi olub. Hazırda bu şəhər tamamilə boşaldılıb və keçən il ərzində buranı təxminən 60 000 insan ziyarət edib. Qadağan edilmiş zona Ukraynadan Belarusa qədər ərazini əhatə edir. Faciə ilə bağlı çəkilmiş filmin ardından qadağan edilmiş əraziyə gələn turisrtlərin sayı artıb. Oradakı tikililər indi İnstagram paylaşımlarında arxa fonu bəzəyir. Faciə nəticəsində ölən insanların sayı ilə bağlı rəqəmlər ziddiyyətlidir. Çernobıl turlarında suvenirlərin satışı da təşkil edilib Çernobıl Forumunun 2005-ci ildə hazırladığı hesabata görə radiasiya nəticəsində təxminən 50 insan həlak olub. Lakin eyni zamanda tədricən 9 000 insanın ölə biləcəyi də ehtimal edilir. Greenpeace isə 93 000 nəfərin öldüyünü göstərir. Müqayisəyə səbəb olmayan isə radiasiyanın 5000 insanda qalxanvarı vəz xərçənginə yol açması və onlardan çoxunun müalicə olunmasıdır. Çernobıl filminin müəllifi də insanların bunu xatırlamalarını istəyir. @AuschwitzMuseum tərəfindən edilən nömrəli Twitter paylaşımını ötürün Auschwitz Memorial‏Подлинная учетная запись @AuschwitzMuseum ЧитатьЧитать @AuschwitzMuseum Еще When you come to @AuschwitzMuseum remember you are at the site where over 1 million people were killed. Respect their memory. There are better places to learn how to walk on a balance beam than the site which symbolizes deportation of hundreds of thousands to their deaths. 05:00 - 20 мар. 2019 г. Bu ilk dəfə deyil ki, insanlar tarixi yerlərdə çəkdirdikləri selfilərə görə tənqdid edilirlər. 2014-cü ildə amerikalı azyaşlının Auschwitz Konsentrasiya Düşərgəsində çəkdirdiyi selfi tənqidi reaksiyaya səbəb olmuşdu.