Çermet körpüsündə qəza oldu, böyük tıxac yarandı - Foto

Baxış sayı:
4660

Bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb. Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

 

Mais Aghayev adlı şəxsin şəkli.