Cenevrədə Əliyev-Sarkisyan görüşü başladı - FOTO

Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüş başlayıb. 
Prezidentlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edirlər. 
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri iştirak edirlər.