​ “Cenevrə görüşündən sonra Qarabağda gərginlik artdı”

Azərbaycan və Ermənistan prezidentlərinin nəticəsiz qalan Cenevrə görüşü bir daha təsdiq etdi ki, həmsədrlər vaxt uzatmaqla məşğuldurlar.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Cenevrə görüşünün təşəbbüskarı həmsədrlər idi:
“Görüşdən sonra atəşkəs, əvvəl olduğu kimi, intensiv pozulur. Belə olacağı əvvəlcədən bəlli idi. Onda görəsən həmsədrlər Cenevrə görüşünü təşkil etməklə nəyə ümid edirdilər? Sülh anlaşmasından yenə də uzağıq. Ermənistana status-kvonu uzatmaq lazımdır və bu işdə İrəvana həmsədrlər yardım edirlər”