​Çempionlar Liqasının finalı İSTANBULDA OLACAQ

Baxış sayı:
9214

Bu gün Ukraynanın paytaxtı Kiyevdə UEFA idarə heyətinin toplantısı keçirilib.
Muxalifət.az xəbər verir ki, toplantıda 2019/2020 Çempionlar Liqası finalının Türkiyənin İstanbul şəhərində keçirilməsi qərarı alınıb.
Namizəd kimi “Atatürk Olimpiya Stadionu” göstərilib. Stadionun azarkeş tutumu 76 000 nəfərdir.
Ev sahibliyinə digər namizəd isə Lissabonun “Luz” stadionu idi.
UEFA Avropa Liqası final qarşılaşması isə Polşanın “Qdansk” komandasına verilib.