Çempionlar Liqasında ikinci finalçı – “TOTTENHEM”

Baxış sayı:
4942

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Muxalifet.az-ın məlumatına görə, “Ayaks” və “Tottenhem” komandaları qitənin bir nömrəli klub turnirində finala vəsiqə uğrunda cavab matçına çıxıblar. İngilislər qarşılaşmadan 2-3 hesabla qalibiyyətlə ayrılaraq, adlarını finala yazdırmağı bacarıblar. “Tottenhem”i finala aparan qolları 55, 59 və 90+6-da Lukas vurub.
Xatıradaq ki, Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəlmişdilər.
Qeyd edək ki, “Tottenhem” finalda “Liverpul” ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.