​Çempionlar Liqasında III tura yekun vurulub –NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında III tura yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında III turun oyunları keçirilib.
 
A qrupunda “Arsenal”ın “Ludoqorets”i darmadağın edib. PSJ də “Bazel”lə oyunda çətinliklə üzləşməyib - 2:0.
 
Türkiyənin ÇL-dəki yeganə təmsilçisi olan “Beşiktaş”ı ağır İtaliya səfərində qələbə qazanmağı bacarıb. Qrupun digər görüşündə Kiyev “Dinamo”su “Benfika”ya uduzub.  
 
Turun mərkəzi qarşılaşması C qrupunda baş tutub. Belə ki, itkisiz irəliləyən “Barselona” öz meydanında “Mançester Siti” ilə üz-üzə gəlib. Bu isə o deməkdi ki, “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola yenidən rəqib qismində “Nou Kamp”a ayaq basıb. Ancaq sonluq heç də Xosep üçün xoş olmayıb. Belə ki, "Barselona" keçmiş məşqçisini 4 qolla boynubükük yola salıb.
 
D qrupunun lideri “Atletiko” səfərdə “Rostov”a qalib gəlib - 1:0. “Bavariya” öz meydanında “PSV Eyndhoven”i darmadağın edib - 4:1.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, III tur
19 oktyabr
 
A qrupu
“Arsenal” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) - 6:0
Qollar: Aleksis, 12, Uollkot, 42, Çemberleyn, 48, Məsut, 56, 83, 87
 
PSJ (Fransa) – “Bazel” (İsveçrə) - 3:0
Qollar: Di Maria, 40, Lukas, 62, Kavani, 90+3 (pen.)
 

1.Arsenal32109:17
2.PSJ32107:27
3.Bazel30121:61
4.Ludoqorets30122:101

 
 
B qrupu
“Napoli” (İtaliya) – “Beşiktaş” (Türkiyə) - 2:3
Qollar: Mertens, 30, Qabbiaddini, 69 - Adriano, 13, Abubakar, 38, 86
 
“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) - 0:2
Qollar: Salvio, 9 (pen.), Çervi, 55
 

1.Napoli32018:66
2.Beşiktaş31205:45
3.Benfika31115:54
4.Dinamo Kiyev30122:51

 
 
C qrupu
“Seltik” (Şotlandiya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 0:2
Qollar: Stindl, 57, Haan, 77
 
“Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 4:0
Qollar: Messi, 17, 61, 69, Neymar, 89
 

1.Barselona330013:19
2.Mançester Siti31117:74
3.Borussiya M.31023:63
4.Seltik30123:121

 
 
D qrupu
“Rostov” (Rusiya) – “Atletiko” (İspaniya) - 0:1
Qol: Karrasko, 62
 
“Bavariya” (Almaniya) – “PSV Eyndhoven” (Hollandiya) - 4:1
Qollar: Müller, 13, Kimmix, 21, Levandovski, 51, Robben, 84 - Narsinq, 41
 

1.Atl. Madrid33003:09
2.Bayern32019:26
3.PSV30123:71
4.FK Rostov30122:81