​Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Baxış sayı:
3253

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Muxalifet.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı seçilib.
Namizədlər arasında  Xames Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqba ("Mançester Yunayted")  yer almışdı.
Qeyd edək ki, Messi qrup mərhələsinin ilk turunda PSV-ə 4:0 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.