​Çempionlar Liqasında həftənin ən yaxşısı AÇIQLANDI

Baxış sayı:
11032

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Muxalifet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı seçilib.
"Tottenhem"lə oyunda (4:2) 2 qol vuran argentinalı futbolçu Paulo Dibala ("Yuventus"), Edin Ceko ("Roma") və Neymarı (PSJ) qabaqlayıb.
Qeyd edək ki, Messi ÇL-in yeni mövsümündə ilk həftənin də ən yaxşı oyunçusu seçilib.