Çempionlar Liqasında 1/4 final başlayır

Baxış sayı:
10930

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək. 
"Liverpul" öz meydanında "Portu"nu qəbul edəcək. Digər qarşılaşmada isə İngiltərə klubları üz-üzə gələcək. "Mançester Siti" səfərdə "Tottenhem"in qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. 
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.