Çempionlar Liqası: "Real" FİNALDA! - VİDEO / YENİLƏNDİ

Baxış sayı:
4921

Futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Muxalifet.az xəbər verir ki, "Kral klubu" ardıcıl üçüncü mövsüm həlledici mərhələyə vəsiqə qazanıb. Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv yarımfinalda "Bavariya"nı üstələyib.

Almaniyadakı qarşılaşmada 2:1 hesablı qələbə qazanan "Real" doğma "Santyaqo Bernabeu" stadionundakı görüşü heç-heçə başa vurub - 2:2. Meydan sahiblərindən hər iki qolunu Kərim Benzema vurub. "Bavariya"dan isə 3-cü dəqiqədə Coşua Kimmix, 63-cü dəqiqədə isə Xames Rodriges fərqlənib.

Matçda ən çox müzakirə olunan epizod ilk yarının uzatma dəqiqəsində "Real"in kapitanı Marselonun əlinə dəyən topdan sonra türkiyəli referi Cüneyt Çakırın penalti təyin etməməsi olub.

Qeyd edək ki, "Real"ın finaldakı rəqibi bu gün İtaliyada "Roma" ilə İngiltərə "Liverpul"u arasındakı digər yarımfinal matçının nəticəsinə əsasən müəyyənləşəcək. "Liverpul" ilk görüşdə 5:2 hesablı qələbə qazanıb.

Çempionlar Liqası. 1/2 final, cavab oyunları

1 may

22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya) 2:2

Qol: Benzema, 11; 46 - Kimmix, 3. X. Rodriges, 63.

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid, “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2