​Çempionlar Liqası: BU GÜN IV TURA START VERİLİR

Bu gün futbol üzrə Çempionlar Liqasında IV tura start veriləcək.
Muxalifət.az bildirir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcək.
C qrupunda Azərbaycan çempionu “Qarabağ” səfərdə “Atletiko” ilə görüşəcək. İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında mübarizəni davam etdirmək şanslarını minimuma salmamaq üçün qalib gəlməlidirlər. Qarabağ” isə 1/8 final şanslarını itirmək təhlükəsi ilə üz-üzə qalib. Çünki çempionumuz Madriddən xalsız dönsə, “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, ağdamlıların qitənin ən nüfuzlu klub turniri ilə vidalaşması rəsmiləşəcək.
Qrupdan çıxmaqdan ötrü “Mançester Yunayted”, PSJ və “Barselona”ya 1 xal da kifayətdir. “Bazel”, “Bavariya”, “Çelsi” və “Yuventus” isə mütləq qalib gəlməlidir. "Çelsi" istisna olmaqla, digər 3 kollektiv ilk oyunda bu gün qarşılaşdıqları rəqiblərini məğlub ediblər. Növbəti qələbə şəxsi görüşdə üstünlüyü təmin edəcək. İngiltərə çempionu isə xallarını 10-a çatdırmaqla, yuxarıda da qeyd etdiyimiz kimi, "Atletiko" və "Qarabağ" üçün əlçatmaz olacaq.