Cem Uzan Türkiyəyə qayıdır

Baxış sayı:
25690

10 ildir Fransada yaşayan Cem Uzan Türkiyəyə qarşı qaldırdığı məhkəmədə qalib gəldiyi istiqamətindəki xəbərləri Twitter hesabından bölüşərək Türkiyəyə qayıdacağını deyib.
2009-ci ildə Türkiyəni tərk edən və 10 ildir ki, Fransada yaşayan Cem Uzan, Twitter hesabından "Qayıdacağam Türkiyəm" mesajını bölüşüb.
Cem Uzanın Avropa İnsan Haqları Məhkəməsində uşaqlarının dondurulan mal varlıqları ilə bağlı Türkiyəyə qarşı qaldırdığı məhkəməni udduğu bildirilib. Çıxan xəbərlərdən sonra Uzan, Twitter hesabından "Qayıdacağam Türkiyəm" şəklində bir mesaj paylaşıb.
Qeyd edək ki, 2002-2003 illərində alınan qərarlarla Uzanların Türkiyədə mal varlığı müsadirə olunmuşdu.
Müxalifət.az