​“Çelsi”nin böyük transfer planı: Hücum xəttində yeni zadəgan

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərənin “Çelsi” klubu yeni transferə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, komanda hücum xəttini gücləndirmək məqsədilə “İnter”də forma geyinən Mauro İkardini transfer etmək istəyir.
M.İkardinin transferində israrlı olan klub bu keçid üçün 113 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 24 yaşlı argentinalı futbolçu M.İkardi 2013-cü ildən etibarən “İnter”in formasını tərlədir. O, bu mövsüm A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub.