​"Çelsi" Azarı İspaniyaya göndərdi

Baxış sayı:
8590

"Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azar "Real Madrid"ə transfer olunmağa hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri informasiya yayıb.
Xəbərə görə, klublar arasında keçidə dair razılıq əldə olunub. Bununla bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Transfer “Kral klubu”na 100 milyon avroya başa gələcək.
Qeyd edək ki, 28 yaşlı Eden Azar 2012-ci ildən “Çelsi”də çıxış edir.