Ceki Çan Rusiyaya gəlməyəcək - SƏBƏB?

Baxış sayı:
16648

Dünya şöhrətli aktyor Ceki Çan Moskvaya gözlənilən səfərini təxirə salıb.
Trend-in məlumatına görə, səfər sentyabrın 11-də baş tutacaqmış. Belə ki, həmin tarixdə C.Çan paytaxtda nümayiş olunacaq "Əjdahanın möhrünün sirri" filminin premyerasına qatılmalı imiş.
Səfərin təxirə düşməsinin səbəbi aktyorun qrafikində nəzərdə tutulmayan dəyişikliklər olub.
Bununla belə həmin tarixdə Moskvada filmin premyerasının baş tutacağı bildirilir.