Çeçenistanda təyyarə minik avtomobili ilə toqquşub - VIDEO

Çeçenistanın Şelkovsk rayonunda magistral yolda yüngülmotorlu təyyarə minik avtomobili ilə toqquşub.
 
Bu barədə “Grozny.tv” Çeçenistan DİN mətbuat xidmətinə istinadən məlumat verib.
 Məlumata əsasən, “Rа 0508A” yüngülmotorlu təyyarə naməlum səbəbdən avtomobil yolundan havaya qalxmağa cəhd edərkən “İJ” markalı maşına çırpılıb.
 Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Polis hadisənin təfərrüatlarını araşdırır.