Çeçenistanda polis postuna hücum: ölən var

Baxış sayı:
11098

Çeçenistanın Bamut kəndi yaxınlığındakı polis postuna hücum nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşı həlak olub.
Muxalifet.az xəbər verir ki, hücum edən şəxs öldürülüb. Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə federal dairəsi idarəsindən faktı təsdiqləyiblər.
Hadisə bu gün təxminən saat 14:00 radələrində baş verib. Naməlum şəxs hüquq mühafizə orqanlarının əməkdaşına yaxınlaşaraq ona bıçaq zərbəsi endirib və bundan sonra qumbara atıb. Hücum edən şəxs zərərsizləşdirilib. Yaralı polis nəfəri hospitala aparılarkən yolda keçinib.
Hazırda hadisə yerində operativ istintaq qrupu işləyir, hücum edənin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.