​Çeçenistanda iki silahlı nazirlik binasına girmək istəyərkən məhv edildi

Baxış sayı:
3538

Çeçenistanın Şali rayonunun Daxili İşlər Nazirliyinin bölməsinin ərazisinə keçmək istəyən iki silahlı şəxs məhv edilib.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, hücum edənlərdən biri özünü bölmənin qarşısında partladıb.
“Bu gün saat 10 radələrində (Bakı vaxtı ilə saat 11-də) bıçaqla silahlanmış iki naməlum şəxs DİN-nin Çeçenistan Respublikası Şali rayonu üzrə bölməsinə daxil olmaq istəyiblər. Onlar xidmətdə olan iki polis nəfərinə xəsarət yetiriblər. Cavab atəşi ilə hücum edən şəxslər məhv edilib. Hazırda hadisə yerində əməliyyat qrupu işləyir” – nazirliyin mətbuat xidmətindən bildirilib.
Hücum edənlərdən birində bomba olduğu və onun özünü partlatdığı qeyd edilir.
Qeyd edək ki, nazirlikdən bunun gün ərzində ikinci hücum olduğu vurğulanıb.