​Çeçenistanda döyüşlər

Çeçenistanda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib.
Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, Qudermesk rayonunun Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub: "Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar", - deyə mənbə bildirib.
O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.
Nəticədə 8 silahlı öldürülüb, 4 polis əməkdaşı yaralanıb.