Çeçenistan prezidenti "İslam Qəhrəmanı" oldu

Baxış sayı:
10591

Çeçenistanın paytaxtı Groznuda "Mərhəmət və Sülh Mesajı İslam" adlı beynəlxalq simpozium keçirilib. Simpoziumdan sonra bir çox mükafat təqdim edilib. Çeçenistanın dövlət başçısı Kadırova isə “ali islam qəhrəmanı” adı verilib.
 
Simpozium nümayəndələrinin də layiq gördüyü "İslam Qəhrəmanı" adını Kadirova Səudiyyə Ərəbistanı mənşəli Dünya İslam Liqasının baş katibi Məhəmməd Abdul-Karim Al-İssa təqdim edib.
Bundan başqa, Kadırov Fələstinin dövlət başçısı Mahmud Abbasın qərarı ilə Fələstinin ən böyük mükafatlarından biri olan “Qüds Ulduzu” ordeni ilə təltif edilib. Mükafat Fələstin dövlət başçısının müşaviri Mahmud Habbaş tərəfindən verilib.
Müxalifət.az