Çeçenistan bu filmə qarşı çıxacaq, ayıbdır... - Nazir

Baxış sayı:
6457

Rusiyada nümayiş olunan, ingilis müğənni Elton Conun həyatından bəhs edən “Raket adam” filminin Çeçenistanda da nümayiş etdirilməsi qalmaqala səbəb ola bilər.
Muxalifet.az xəbər verir ki, bunu Çeçenistanın Mətbuat və İnformasiya naziri Canbulat Umarov deyib. O bildirib ki, bu filmin nümayişinə çeçenlər mənfi reaksiya verəcək:
“Dini, mentalitet və digər səbəblərdən bu filmi qəbul etmirik. Filmlərdə bu kimi təxribatlar səbəbindən uşaqlarla birlikdə film izləmək imkansız olub. Ayıbdır”.