CƏBHƏDƏ ERMƏNİ TƏXRİBATI ARA VERMİR - Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Baxış sayı:
433

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.