Cəbhədə erməni hərbçisi öldürülüb

O, hərbi hospitala aparılarkən yolda ölüb
 
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 1997-ci il təvəllüdlü erməni hərbçi Vazgen Martirosyan öldürülüb.
Bu barədə sosial şəbəkələrdə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan yazıb.
Onun sözlərinə görə, hadisədən dərhal sonra hərbi hospitala aparılarkən hərbçi yolda ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.