Cəbhədə 3 deyil, 5 erməni hərbçi məhv edilib – RƏSMİ AÇIQLAMA

Baxış sayı: 176

"Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib".
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
"Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir", - deyə məlumatda qeyd olunur.