​ Cəbhə xəttində erməni hərbçisi ölüb

Onun odlu silah yarasından öldüyü bildirilir
 
Ermənistanın Tavuş rayonunun Noemberyan kəndində yerləşən hərbi mövqelərindən birində müddətdən artıq xidmət edən hərbçi ölüb.
Erməni mətbuatı xəbər verir ki, Tavuşun Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silah yarasından keçinib.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan təsdiq edib. Hərbçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.