CBC TV-yə yeni baş direktor təyin edildi - BU HAQDA YAZMIŞDIQ...

“CBC” telekanalına yeni baş direktor təyin edilib.
APA-nın xəbərinə görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.
“ATV” telekanalının prezidenti, “CBC” telekanalının keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.
Onun sözlərinə görə, bu gün “CBC” telekanalının təsisçisi, "SOCAR media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.
Xatırladaq ki, bu haqda ötən həftənin sonu Muxalifet.az geniş yazı vermişdi. Həmin yazı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://muxalifet.az/boyuk-britaniya-vtndasi-cbc-telekanalina-rhbr-gtiril...